Azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

Sosial

17 Yanvar 2022 10:04 821


İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib.

Yenisabah.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: Marqarita pizza

“Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!