7 İyul - 02:48
Bacılardan Səidə Sultana: “Düz eləmir“

Bacılardan Səidə Sultana: “Düz eləmir“

Şou

25 May 2022 10:44 726


"Bizim dostluğumuz, münasibətimiz olmaya bilər, amma biri-birimizə hörmət etməyə məcburuq, çünki həmkarıq”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Sevil-Sevinc Səfərova bacıları Səidə Sultan barədə danışarkən deyiblər.

Ötən həftə müsahibələrinin birində bacıları “süni” adlandıran Səidəyə bacılardan cavab gecikməyib. “Tarixin bir günü” proqramında qonaq olan ifaçılar Səidənin sözlərini eşitməməzliyə vurduqlarını deyiblər:

“Həmkarlarımızı seçmək qabiliyyətimiz də yoxdur. Ona görə hörmət etməliyik ki, çünki Səidə Sultan heç vaxt bizdən özünə qarşı hörmətsizlik görə bilməz. Yerimizi bilirik. Əgər o doğru şəkildə bizə irad bildirsəydi, təhqir etmədən bir söz desəydi, qəbul edə bilərdik. Onun dediyini eşitməməzliyə vururuq. Çünki heç bir həmkarımıza o sözləri yaraşdırmırıq.

Düz eləmir. Deyir ki, "Səmimi deyillər, sünidirlər". Bir nəfər desin ki, Səidə Sultanla biz masa arxasında əyləşib çörək kəsmişik. Onunla ümumiyyətlə, münasibətimiz yoxdur. Uzaqbaşı efirə dəvət etmişik, çıxış edib və sağollaşmışıq. Bizə necə "süni" deyə bilərsən? Xasiyyətimizi, necə insan olduğumuzu bilmirsən". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!