Bu gün səhər saatlarında Bakı metrosunda sərnişin sıxlığı müşahidə edilib.
"Yeni Sabah"ın xəbərinə görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, səhər saatlarından metroda müşahidə edilən sıxlıq və qatarların gecikməsi sərnişin axınının çox olması ilə əlaqədardı:
“Heç bir stansiya və qatarda texniki nasazlıq baş verməyib. Səhər saatlarından metroda sərnişin sıxlığı müşahidə edilir. Xüsusilə metronun “Koroğlu”, “Neftçilər” stansiyasındakı sıxlıq qatarların ləngiməsinə səbəb olur. Bəzi stansiyalara qatar müəyyən gecikmələrlə çatır. Qatarlar gecikdikdə isə təbii ki, sıxlıq da artır. pizza hut
Ən çox dəqiqə fərqi “28 May” metrosundan “Dərnəgül” istiqamətində olan qatarlarda müşahidə olunub”.
Telegram kanalımız