Bakı polisi müxalifətin piketi ilə bağlı məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

Bakı polisi müxalifətin piketi ilə bağlı məlumat yaydı

Sosial

12 Noyabr 2019 13:56 850


Bakı Şəhər Baş Polis İdarəsi Müsavat partiyasının piket keçirmə cəhdi ilə bağlı məlumat yayıb.

“Yeni Sabah”a daxil olan məlumat bu sözlər yer alıb:

“Müsavat partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişlər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması və şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunmuşdur.  Marqarita pizza

Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək hər hansı aksiyanın qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən rəsmi xəbərdar edilmişlər.

Buna baxmayaraq, noyabrın 12-də saat 15 radələrində ümumi sayı təxminən 15 nəfərdən ibarət şəxs Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında qanunsuz piket keçirməyə cəhd göstərmişlər. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin qarşısı alınmışdır”. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!