Bakı-Sumqayıt yolunda yanğın
08 Avq 2020 14:34
217

Bakı-Sumqayıt yolunda yanğın

Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın baş verib. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, təkər tullantıları yığılan geniş ərazidə yanğın baş verib.

Görülən operativ tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Yanğın qısa müddət ərzində söndürülüb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər