Bakı və Abşeronda küləyin sürəti artıb - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Abşeronda küləyin sürəti artıb - Faktiki hava

Sosial

11 Aprel 2024 15:05 717


Şimal-qərb küləyi arabir Altıağacda 20 m/s, Bakıda və Abşeron yarımadasında 23-25 m/s-dək güclənib.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Daşkəsən, Gədəbəy, Ceyrançöl, Göygöl, Ağstafa, Beyləqan, Neftçala, Astara, Lənkəran, Yardımlı, Lerik, Biləsuvarda arabir yağış yağır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb.

Şahdağ, Qrız, Daşkəsən, Şəmkirdə duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da 15°-dək, Aran rayonlarında 20°-dək, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!