Bakıda 16 yaşlı qızı anası evdən qovub 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 16 yaşlı qızı anası evdən qovub 

Sosial

21 Fevral 2024 12:27 531


Bakının Qaradağ rayonundakı Lökbatan qəsəbəsində 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan 16 yaşlı qızın anası onu evdən qovub. 

Yenisabah.az-ın məlumatına görə, bunu “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkələrdəki paylaşımında bildirib. 

Hüquq müdafiəçisinin sözlərinə görə, evdən qovulan qız müxtəlif ünvanlarda gecələməli olur.  Dördpendirli pizza

M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sosial Xidmətlər Agentliyini məsələni diqqətdə saxlamağa çağırıb. 

“Uşağın ailəsi ilə görüşüb vəziyyətin qiymətləndirilməsinə ehtiyac var», - o deyib. 

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov bildirib ki, məsələ qurumun əməkdaşları tərəfindən diqqətə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!