Bakıda ağacları kəsən tikinti şirkəti cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ağacları kəsən tikinti şirkəti cərimələndi

Sosial

07 Aprel 2022 09:45 460


Bakıda ağacları kəsən tikinti şirkəti cərimələnib.

Yenisabah.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkarlanıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!