Bakıda bu istiqamətdə hərəkət edənlərə PİS XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu istiqamətdə hərəkət edənlərə PİS XƏBƏR

Sosial

09 Oktyabr 2026 14:37 82


Bakıda yol qovşaqlarından birində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

“Yeni Sabah” xəbər verir ki, Nizami rayonunda, Heydər Əliyev prospekti ilə Bəşir Bünyadov küçəsinin kəsişməsində yerləşən yol qovşağının bir hissəsində təmir işləri aparılacaq.

Təmir işləri oktyabrın 9-dan 10-na, 10-dan 11-nə və 11-dən 12-nə keçən gecələrdə, saat 23:00-dan səhər 07:00-dək həyata keçiriləcək. Marqarita pizza

İşlər aparılan müddətdə qeyd olunan yol qovşağında nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən mümkün sıxlığın qarşısını almaq üçün alternativ yollardan istifadə etmələri və hərəkət zamanı diqqətli olmaları xahiş olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!