Bakıda ər hamilə arvadını döyərək xəstəxanalıq etdi
23 Sen 2019 12:49
195

Bakıda ər hamilə arvadını döyərək xəstəxanalıq etdi

Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb. 

1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.

Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.

Faktla bağlı arşdırma aparılır.

 

Oxşar xəbərlər