Bakıda hava dəyişir -   TƏCİLİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hava dəyişir - TƏCİLİ MƏLUMAT

Sosial

12 Oktyabr 2026 12:18 173


Bakıda və Abşeron yarımadasında gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Azərbaycanın bəzi rayonlarında isə leysan, şimşək və dolu gözlənilir.

Bu barədə “Yeni Sabah”a verilən məlumata görə, paytaxt və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında gecə 17-20°, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək. Toyuqlu pizza

Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər şərq rayonlarında, axşama doğru isə bəzi ərazilərdə arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Rayonlarda gecə 14-18°, gündüz 23-27° isti olacaq. Dağlıq ərazilərdə gecə 4-9°, gündüz 13-18° isti proqnozlaşdırılır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!