Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə hamam” deyilən tikilinin içərisində kişi meyiti aşkarlanıb.
Yenisabah.az-ın Trend-ə istinadən məlumatına görə, araşdırmalar zamanı meyitin Xətai rayon sakini, 1979-cu il təvəllüdlü Mixail Kanonova məxsus olduğu müəyyən edilib.
Hadisə yerinə baxış keçirilərkən meyitin yaxınlığında şpris aşkar olunub. Pepperoni pizza
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.
Telegram kanalımız