Bakıda Mehdiyev, İrəvanda Sərkisyan və Koçaryan müttəhim kürsüsündə:   “Şahidlər peyda ola bilər”

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Mehdiyev, İrəvanda Sərkisyan və Koçaryan müttəhim kürsüsündə: “Şahidlər peyda ola bilər”

Siyasət

19 Sentyabr 2026 20:59 147


"Çox maraqlı günlər yaşayırıq . Sentyabrın 21-də “boz kardinal"ın - Ramiz Mehdiyevin məhkəməsi başlayır. Deyilənə görə, səhhətində problemlər olduğuna görə, məhkəməyə gələ bilməyəcək və onlayn məhkəməyə qoşulmağını xahiş edib. Eyni zamanda qonşumuz olan Ermənistandada Robert Köçəryanla Serj Sərkisyanın məhkəməsi gedir. Düşünürəm ki, Azərbaycanda şahidlər olduğu kimi, yəqin ki, Ermənistandanda şahidlər peyda ola bilər".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri YAP funksioneri, sabiq deputat Musa Musayev Feysbuk-dakı səhifəsində yazıb.

Onun sözlərinə görə, bütün bunlarla yanaşı, qarşıda YAP-ın VIII Qurultayı gözlənilir: pizza mizza

"YAP-ın yaranmasında və inkişafında müstəsna xidmətləri olan bir şəxs kimi istərdim ki, Ramiz Mehdiyev və onun havadarları YAP-ın rəhbər orqanlarından da uzaqlaşdırılsınlar. 2026-cı ili maraqlı hadisələrlə başa vuracağıq. Dövlətimizə, millətimizə, Partiyamıza və cənab Prezidentimizə xəyanət edənlərlə üzülüşməyin zamanıdır!". (Mia.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!