Bakıda məşhur restoranlar cərimələndi    - Siyahı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda məşhur restoranlar cərimələndi  - Siyahı

Sosial

12 Noyabr 2021 18:03 884


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən atmosfer havasına atılan tullantıların azaldılması və mövcud normalara cavab verməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən bir sıra şadlıq saraylarında nəzarət tədbirləri keçirilib. 

Xidmət rəisi Hikmət Əlizadə Yenisabah.az-a bildirib ki, keçirilən nəzarət tədbirləri zamanı paytaxtın Nizami və Qaradağ rayonlarında fəaliyyət göstərən “Şam Bağı”, “Golden Ring”, “Sultan”, “Ağ Saray”, “Oskar”, “Sapfir”, “Xan Qızı”, “Grand Neon” və “Qaradağ” şadlıq saraylarında təmizləyici qurğuların olmasına baxmayaraq, onlara texniki xidmət göstərilməməsi və filtrlərin vaxtaşırı təmizlənməməsi səbəbindən havaya normadan artıq tullantı atıldığı müəyyən edilib.

H.Əlizadənin sözlərinə görə, Səbail rayonunda fəaliyyət göstərən “Tiflis” restoranında isə ümumiyyətlə təmizləyici qurğunun quraşdırılmadığı məlum olub. Dördpendirli pizza

Xidmət rəisi bildirib ki, faktlarla bağlı akt, protokol tərtib edilib və obyekt sahibləri barəsində qanunamüvafiq tədbirlər görülüb, monitorinqlər digər bölgələrdə də davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!