Bakıda metronun bu stansiyaları bağlandı -   DİQQƏT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda metronun bu stansiyaları bağlandı - DİQQƏT

Sosial

24 Noyabr 2019 05:55 7390


“Bakı Metropoliteni” QSC səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb. 

"Yeni Sabah" Bakı Metropoliteni QSC-yə istinadən xəbər verir ki, "Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə aparılır.

"Hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək", - deyə QSC-dən bildirilib. Toyuqlu pizza

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!