Bakıda narkoman avtobus sürücüləri   - Nəqliyyat  şirkətlərinin aqibəti necə olmalıdır?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda narkoman avtobus sürücüləri - Nəqliyyat şirkətlərinin aqibəti necə olmalıdır?

Sosial

30 Noyabr 2021 23:08 1143


Bu gün 3 avtobusun sürücüsünün narkotik vasitələrin təsiri altında idarə etdiyi aşkarlanıb. Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, bu hadisə şirkətlərin öz sürücülərinə tam nəzarət etmədiyini göstərir:

“Çox təəssüf doğuran bir haldır və bu hadisədən ciddi nəticə çıxarılmalıdır. Sürücülərin tibbi müayinə məsələsi öz əksini tapmalıdır. Azərbaycanda hələ də sürücülərin tibbi müayinəsi açıq qalmış məsələdir. Sürücülərin böyük hissəsi formal olaraq tibbi müayinədən keçir. Bəziləri heç həkim üzü də görmür. Əslində, sürücü qarajdan çıxmamış tibbi müayinədən keçməlidir”.

Ekspertin sözlərinə görə, reysə narkotik vasitə təsiri ilə çıxan sürücülər sərt cəzalandırılmalıdır: Toyuqlu pizza

“Adam narkotik aludəçisidir. Aludəçilik isə davamlı xəstəlikdir. Belələrinə həbs cəzası verilməlidir. Çünki başqalarının həyatını riskə atır. Biri var, narkotik istifadə edib öz maşınını sürə, bir də var, narkotik maddənin təsiri altında 50-60 nəfərin həyatını təhlükəyə ata. Sürücülük hüququ da alına bilər. İctimai nəqliyyatdakı kateqoriyası geri qayıtmamalıdır”.

E.Muradlı qeyd edib ki, bu problemin qarşısı alınmasa gec-tez faciə ilə nəticələnə bilər:

“Qanunvericilikdə boşluqlar var, nəzarət mexanizmi də zəifdir. Sürücüyə lazımi nəzarət olmadığından şirkətin rəhbərinə cinayət işi açılmalıdır. Hətta şirkətin lisenziyası ləğv olunmalıdır. Çünki sabaha çox gec ola bilər”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Əşşi siz neden hardan danışırsız eee ???? Bu avtobus sürücülərinin sadəcə eyinlerin dəyişib qəpikdə karta keçib vəssalam.Surucu kobudluqu pik həddə,sixlas Arxaya demeyi sürücünün neyine lazımdı anlamırıq,yol probkadi burdan gedmirem ordan gedirəm kimi özbaşnalıqı,heç bir qayda qanuna riayət etməyən yol hereketin pozanlar hamısı elə avtobus sürücüləridi.90%nede sübut edərəm.
    4 years ago
    • Akif m
      Akif m
      Əsas bəla zəngin ənənələrə malik olan Avtobus pa və taksi parklarını ləğv edib, özəl formalı korporativ qurumlara keçidlə bağlıdır. Sovet vaxtı avtobus parklarının sürücüsü sərnişinlərə xidmət edirdi, müqabilində maaş alırdı, bütünlüklə də məsuliyyəti vardı. İndi sürücülər sərnişinlərə deyil, sahibkarlara xidmət edir, daha çox sər nişin daşısın, sahibkarın da kefi kök olsun, özünə də bir şey qalsın. Təhsil, səhiyyə, nəqliyyat özəl olmamalıdır.
      4 years ago  Like (0)