Bakıda NATO-nun təlim kursu keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda NATO-nun təlim kursu keçirildi

Rəsmi

06 Dekabr 2024 13:05 1780


Bakıda NATO-nun təlim kursu keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik və NATO arasında 2024-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Müştərək Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda “Təlim və məşq kursu” keçirilib. pizza hut

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində təşkil edilən kursda. NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesinə dair müxtəlif mövzular tədris edilib.

Kursun yekununda yerinə yetirilmiş tapşırıqlar və məqsədlərlə bağlı brifinq təqdim olunub.

Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, keçirilən kursun əsas məqsədi NATO-da əməliyyat-taktiki səviyyədə təlimlərin planlaşdırılması və icrası prosesini dinləyicilərə aşılamaqdan ibarətdir. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!