Bakıda sürücü avtomobillə piyadanı vurub hadisə yerindən qaçdı
22 May 2020 23:58
187

Bakıda sürücü avtomobillə piyadanı vurub hadisə yerindən qaçdı

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, hadisə Təbriz küçəsində baş verib.

1951-ci il təvəllüdlü Quliyeva Bella Yevdakimovnanı naməlum avtomobil vurub. Avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Yaralı qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.  /APA

Oxşar xəbərlər