Bakıda qanlı gecə: 19 yaşlı oğlan öldürüldü 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qanlı gecə: 19 yaşlı oğlan öldürüldü 

Kriminal

10 İyun 2022 09:12 1294


Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.  

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən Yenisabah.az-a daxil olan birgə məlumata görə, iyunun 9-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilmişdir. 

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.  pizza

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.  

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir. 

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!