Bakıda qanunsuz kazino şəbəkəsinə ZƏRBƏ: 3 nəfər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qanunsuz kazino şəbəkəsinə ZƏRBƏ: 3 nəfər saxlanıldı

Kriminal

28 Avqust 2026 15:18 78


Bakıda qanunsuz onlayn kazino şəbəkəsinə qarşı əməliyyat keçirilib, 3 nəfər saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatları davam etdirir.

Kiberpolisin keçirdiyi növbəti əməliyyat nəticəsində Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənov saxlanılıb. Dördpendirli pizza

Araşdırmalar zamanı onların ölkə ərazisində fəaliyyəti qadağan olunan “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən edilib.

Saxlanılan şəxslərin paytaxt ərazisində icarəyə götürdükləri mənzildən qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün istifadə etdikləri texniki vasitələr, bank kartları, mobil telefonlar və nağd pul vəsaitləri aşkarlanaraq götürülüb.

İstintaq zamanı həmçinin müəyyən olunub ki, dəstə üzvləri qeyd olunan platformalar vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar.

Faktla bağlı KMBİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

DİN bir daha vətəndaşları sosial şəbəkələrdə və internet platformalarında təklif olunan qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırıb.

Bildirilib ki, belə qanunsuz oyunların təşkili və idarə olunması, eləcə də oyunçu qismində iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqi məsuliyyət yaradır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!