Dövlət büdcəsinin funksional xərcləri açıqlanıb.
“Yeni Sabah” xəbər verir ki, yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 25 348,2 mln. manat təşkil edib ki, bunun funksional təsnifat üzrə bölgüsü belədir: müdafiə və milli təhlükəsizlik 5 246,8 mln. manat, iqtisadi fəaliyyət 4 203,1 mln. manat, sosial müdafiə və sosial təminat 3 529,6 mln. manat, ümumi dövlət xidmətləri 3 436,7 mln. manat, təhsil 3 121,7 mln. manat, məhkəmə və hüquq-mühafizə orqanları 2 197,5 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlər 1 179,1 mln. manat, səhiyyə 953,8 mln. manat, kənd təsərrüfatı 750,9 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və digər fəaliyyətlər 340,8 mln. manat, ətraf mühitin mühafizəsi 221,5 mln. manat, mənzil və kommunal təsərrüfatı isə 166,7 mln. manat təşkil edib.
Cəlalə Cəlalqızı Dominos pizza
Telegram kanalımız