Tanınmış xanəndənin əri həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Tanınmış xanəndənin əri həbs edildi

Kriminal

06 Noyabr 2026 13:30 114


Xanəndə Güllü Muradovanın əri Rasim Yusifov həbs edilib.

“Yeni Sabah” Qafqazinfo-ya istinadla xəbər verir ki, o, Sumqayıt şəhərində keçirilən tədbirlər çərçivəsində saxlanılıb.

Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib. Toyuqlu pizza

Məhkəmənin müvafiq qərarı ilə Rasim Yusifov barəsində 25 sutka müddətinə inzibati həbs qərarı verilib.

Bundan əlavə, o, müvafiq narkoloji dispanserdə qeydiyyata alınaraq məcburi müalicəyə cəlb edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!