Bayram tətili ilə bağlı vacib yenilik:   Tarixlər açıqlandı!

saytların hazırlanması

Evə çatdırılma

Bayram tətili ilə bağlı vacib yenilik: Tarixlər açıqlandı!

Sosial

06 Noyabr 2026 12:59 443


Azərbaycan Dəmir Yolları (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram günlərində sərnişin tələbatının qarşılanması məqsədilə bir sıra istiqamətlər üzrə əlavə qatar reysləri təşkil olunacaq.

Bu barədə "Yeni Sabah"a ADY-dən məlumat verilib.

Bildirilib ki, noyabrın 7, 8, 9 və 10-da Bakı–Qəbələ marşrutu üzrə əlavə reyslər həyata keçiriləcək. Qatar Bakıdan saat 07:30-da, Qəbələdən isə saat 19:00-da yola düşəcək. pizza sifarişi

Həmin tarixlərdə Bakı–Ağstafa–Bakı marşrutu üzrə də əlavə reyslər təyin edilib. Belə ki, qatar Bakı Dəmiryol Vağzalından saat 09:20-də, Ağstafa stansiyasından isə saat 17:15-də hərəkət edəcək.

Bakı–Qazax–Bakı marşrutu üzrə hərəkət edən müasir qatarlar isə qeyri-iş günlərində də ənənəvi qrafiklə fəaliyyətini davam etdirəcək.

Bundan başqa, noyabrın 8-də Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil olunacaq. Qatar Gəncədən saat 07:15-də, Mingəçevirdən isə saat 08:40-da yola düşəcək.

Qeyd edək ki, noyabrın 7-dən 10-dək Abşeron dairəvi dəmir yolu üzrə qatarlar qeyri-iş günlərinin hərəkət cədvəlinə uyğun fəaliyyət göstərəcək.

Sərnişinlər qatarların hərəkət qrafiki və biletlərlə bağlı məlumatları ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqindən, dəmiryol kassalarından və ya 24/7 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərlər.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!