Təhsil Nazirliyi 4,1 milyonluq daşınma layihəsinə başlayır

saytların hazırlanması

Evə çatdırılma

Təhsil Nazirliyi 4,1 milyonluq daşınma layihəsinə başlayır

İqtisadiyyat

06 Noyabr 2026 13:52 91


Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən yeni satınalma həyata keçirilir.

“Yeni Sabah” xəbər verir ki, layihənin ümumi maliyyə dəyəri 4 118 466,83 manat təşkil edir. Satınalmanın əsas predmeti ölkə üzrə təhsil müəssisələrinə zəruri materialların çatdırılmasıdır. Layihə çərçivəsində təhsil müəssisələrinə müxtəlif dəftarxana malları, dərs ləvazimatları, tədris avadanlıqları, inventarlar, dərsliklər, müəllimlər üçün metodik vəsaitlər və digər müvafiq malların daşınması həyata keçiriləcək.

Qeyd edək ki, bu irimiqyaslı daşınma layihəsi respublikanın təhsil müəssisələrinin zəruri vasitələrlə vaxtında və keyfiyyətli təmin olunmasında mühüm rol oynayır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!