ADNSU-da baş verənlərin üstü açıldı:   Vüqar Cahangirov həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

ADNSU-da baş verənlərin üstü açıldı: Vüqar Cahangirov həbs edildi

Kriminal

06 Noyabr 2026 13:35 140


2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının həyətində mühafizəçinin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə 24 ildən sonra şübhəli şəxs müəyyən edilərək saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən məlumat verilib.

Belə ki, 2002-ci il oktyabrın 7-də Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmov kəsici-deşici alətlə qətlə yetirilib. Həmin vaxt universitetin inzibati binasından müxtəlif əşyaların da oğurlandığı müəyyən edilib. pizza mizza

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnib və çoxsaylı istintaq hərəkətləri həyata keçirilib. Toplanmış sübutların təhlili nəticəsində cinayətin həmin ali təhsil müəssisəsindən 1997-ci ildə xaric olunmuş, 1979-cu il təvəllüdlü Vüqar Cahangirov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş Vüqar Cahangirov noyabrın 4-də şübhəli şəxs qismində saxlanılıb.

Noyabrın 6-da o, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə ilə bağlı bir neçə maddəsi və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, prokurorluq əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, eləcə də həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirildiyini bildirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!