Aktrisa Serenay Sarıkayanın 11 illik arzusu gerçəkləşib.
“Yeni Sabah” xəbər verir ki, o, Ajda Pekkanla eyni səhnəni bölüşərək duet oxuyub.
Bu, “Netflix” platformasının Türkiyədə fəaliyyətinin 10 illiyi münasibətilə təşkil olunan tədbirdə baş verib. pizza sifarişi
Sarıkaya-Pekkan duetinin ardınca aktrisanın 2015-ci ildə verdiyi müsahibə xatırlanıb. Həmin vaxt Serenay Sarıkaya Ajda Pekkanla duet oxumaq istədiyini bildirib.
Beləliklə, aktrisanın 11 il əvvəl dilə gətirdiyi arzusu gerçəkləşib.
Aydan Hacı
Telegram kanalımız