Bakıda qaz sayğacını sındıran gənclər müəyyən olundular

saytların hazırlanması

Evə çatdırılma

Bakıda qaz sayğacını sındıran gənclər müəyyən olundular

Hadisə

08 Avqust 2024 19:36 683


Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər müəyyən olunublar.

Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti verib.

"Sosial şəbəkələrdə üç yeniyetmənin Sabunçu rayonu ərazisində qaz sayğacını zədələməsilə bağlı görüntülər araşdırılıb. pizza sifarişi

Həmin şəxslər müəyyən olunaraq polis orqanına dəvət ediliblər. Onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb", - deyə məlumatda bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!