Bakıda restoranda dava salan əcnəbi   GÖRÜN KİM İMİŞ?!

saytların hazırlanması

Evə çatdırılma

Bakıda restoranda dava salan əcnəbi GÖRÜN KİM İMİŞ?!

Kriminal

14 Noyabr 2026 18:18 59


Bakıda restoranda dava olub.

"Yeni Sabah" lent.az-a istinadla xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb.

35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan vətəndaşı olan Əliağanın üz nahiyəsinə əli ilə dəfələrlə zərbə vurub. İnternet mağaza

Nəticədə Əliağa xəsarətlər alıb. Hadisə zamanı Əliağanın həyat yoldaşı da yanında olub.

Erolun sözlərinə görə, hadisəyə səbəb Əliağanın onun dayısıqızına söz atması olub.

Faktla bağlı cinayət işi başlanıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş zərəri ödədiyini bildirib. Zərərçəkən Əliağa da, həmçinin, Erola qarşı heç bir şikayətinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Erol məsuliyyətdən azad olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!