Almaniyanın qərbində yerləşən Bryul şəhərindəki əyləncə parkında ən azı 15 nəfər xlordan zəhərlənib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, xlor sızmasına səbəb parkın ərazisində yerləşən hotelin hovuzundakı texniki qüsur olub. Online alış-veriş
Zərərçəkənlər tənəffüs yollarının qıcıqlanması və boğazda ağrılardan şikayətləniblər. Dörd nəfər xəstəxanaya aparılıb, digərlərinə isə yerində tibbi yardım göstərilib./Oxu.az
Telegram kanalımız