Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən "Al Capone’s Baku" pub-restoranının fəaliyyət göstərdiyi kommersiya sahəsi satışa çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, "Memar Əcəmi" metrosunun yaxınlığında yerləşən obyekt üçün 1 milyon 100 min manat satış qiyməti təyin olunub.
Satış elanında qeyd edilir ki, ümumi sahəsi 380 kvadratmetr olan məkan binanın birinci mərtəbəsində yerləşir, tam təmirli və əşyalı vəziyyətdə təqdim olunur. Daşınmaz əmlakın mülkiyyət hüququnu təsdiqləyən çıxarışı (kupçası) mövcuddur. pizza
Obyekt piyafətdə və nəqliyyat baxımından gediş-gəlişin sıx olduğu ərazidə yerləşir. Yaxınlıqda banklar, iaşə obyektləri və müxtəlif ticarət mərkəzlərinin fəaliyyət göstərməsi, eləcə də metroya yaxınlığı obyektin kommersiya cəlbediciliyini artırır.
Telegram kanalımız