Bakıdan Kamilə zəng edən yüksək vəzifəli şəxs nə deyib?

saytların hazırlanması

Evə çatdırılma

Bakıdan Kamilə zəng edən yüksək vəzifəli şəxs nə deyib?

Sosial

22 Fevral 2024 10:22 21648


"Ən axırıncı dəfə - təşəkkür edirəm, Anar müəllim Ələkbərova - onunla danışdım. Mənə dedi ki, bir problemin yoxdur ki? Bildirdim ki, yox, Anar müəllim. Söylədi ki, möhkəm ol, yanındayıq, dövlət yanındadır, işlər gedir, yaxşı olacaq, inşallah".

“Yeni Sabah” xəbər verir ki, bunu fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılan zaman ən son Azərbaycandan kiminlə əlaqə saxladığı barədə danışarkən deyib.

"Anamla danışdım, möhkəm olmasını, ağlamamasını istədim. Ayıbdır, mən gedəcəyəm, inşallah, bir gün qayıdacağam. Fikrimdə qazilərimiz, şəhid analarıdır, deyirəm ki, onlar ağlayırlar ki, övladları şəhid olub, sən niyə ağlayasan ki...", - deyən Kamil Zeynallı kövrəlib. pizza hut

Tanınmış məşqçı həmçinin vurğulayıb: "Anar müəllimdən danışandan sonra güc-qüvvət topladım ki, hə, cənab Prezidentin köməkçisi dedi ki, rahat ol, proseslər gedir, yaxşı olacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!