Bakının 3 rayonunda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakının 3 rayonunda qaz olmayacaq

Sosial

15 Avqust 2025 09:52 257


Bu gün saat 10:00-dan etibarən Sabunçu, Suraxanı və Qaradağ rayonları ərazisindəki qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, Sabunçu rayonu üzrə C.Şərifov, E.Mehtiyev, İ.Əfəndiyev, Q.Musabəyov, X.Natavan, 1 May və Y.Saratov küçələrinin bir hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin Umbakı, Əzimkənd, Səngəçal qəsəbələrinin, Yol evləri və Bağ evləri yaşayış massivlərinin, Suraxanı rayonu üzrə isə kənd Hövsan ərazisinin, Əmircan qəsəbəsinin Ü.Hacıbəyov, Meydan, H.Axundov, M.P.Vaqif və A.Caparidze küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!