Bakının bu küçə və prospektləri ilə bağlı   YENİLİK OLACAQ

saytların hazırlanması

Evə çatdırılma

Bakının bu küçə və prospektləri ilə bağlı YENİLİK OLACAQ

Sosial

09 Oktyabr 2026 18:59 82


Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi keçiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabr 15-dən Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkətinin təlimi həyata keçiriləcək. Marqarita pizza

Qeyd olunub ki, təlim çərçivəsində oktyabrın 11-də saat 08:00–13:00 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti üzrə müvəqqəti tənzimləmələr tətbiq olunacaq.

"Təlim Mehdi Hüseyn küçəsi, İstiqlaliyyət küçəsi, Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, Üzeyir Hacıbəyli küçəsi, İzzəddin Həsənoğlu küçəsi, Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti, Gülarə Qədirbəyova küçəsi və Niyazi küçəsi istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından qeyd olunan tarixdə səfərlərini əvvəlcədən planlaşdırmaları, mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur", məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!