Bakının mərkəzində təhlükəli vəziyyət   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakının mərkəzində təhlükəli vəziyyət - Fotolar

Sosial

12 Noyabr 2019 18:11 958


Bu ilin avqustunda Maştağada, oktyabrda isə Keşlədə transformatora daxil olan bir uşağın yanaraq öldüyü, digərinin isə şikəst qaldığı məlumdur.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkədə daha bir təhlükəli vəziyyətdə olan ərazi haqda fotolar paylaşılıb.

Düşünə bilərik ki, həmin qəsəbələr şəhər kənarında yerləşdiyi üçün təhlükəsizlik məsələlərinə nəzarət zəifdir. Ancaq şəhərin lap mərkəzində də belə təhlükəli hallara rast gəlinir. Toyuqlu pizza

Təqdim etdiyimiz fotolar Mehdi Hüseyn küçəsində çəkilib. Bura Milli Məclis, Nazirlər Kabineti, Prezidentin Administrasiyası, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinə yaxın ərazidir.

Göründüyü kimi, küçənin işıqlandırılmasını təmin edən naqillər çox təhlükəli vəziyyətdədir. Ümumiyyətlə isə belə təsərrüfat işi olmaz.

Bu məsələyə səhifəmizdə ikinci dəfə toxunuruq. İki ay öncə izləyiciyə istinadən bu barədə məlumat vermişdik.

Onu da əlavə edək ki, istər mərkəz, istərsə də mərkəzdən kənar - hər yerdə təhlükəsizlik ən yüksək səviyyədə təmin edilməlidir.    (Berbad Baki)

Berbad Baki adlı şəxsin şəkli.Berbad Baki adlı şəxsin şəkli.Berbad Baki adlı şəxsin şəkli.Berbad Baki adlı şəxsin şəkli.Berbad Baki adlı şəxsin şəkli.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!