Bakıya qar yağır - 5 dərəcə şaxta var 

saytların hazırlanması

Evə çatdırılma

Bakıya qar yağır - 5 dərəcə şaxta var 

Sosial

10 Yanvar 2024 15:49 315


Yanvarın 10-u saat 15:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında qar yağır. 

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Belə ki, Şahdağ, Daşkəsən, Gədəbəy, Naftalan, Ağdam, Kəlbəcər, Laçın, Xankəndi, Xocalı, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, İsmayıllı, Zərdab, Göygöl, Yevlax, Beyləqan, İmişli, Kürdəmir, Goranboy, Mingəçevir, Şəmkir, Sabirabad, Cəfərxan, Hacıqabul, Qazıməmməd, Biləsuvar, Naftalan, Yardımlı, Lerikdə qar, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Gəncə, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Zaqatala, Neftçala, Lənkəran, Astarada isə yağış yağır.

Naxçıvan, Şərur, Daşkəsən, Şəki, Qax, Quba, Qrız, Lerikdə duman müşahidə olunur. Dominos pizza

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-7 dərəcə isti, aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!