“Barselona” mövsümə məğlubiyyətlə başladı

“Barselona” mövsümə məğlubiyyətlə başladı
Avq 17, 2019 12:41
Oxunma sayı: 77

İspaniya La Liqasında yeni mövsümə start verilib.

“Yeni Sabah” xəbər verir ki, açılış oyununda son çempion "Barselona" "Atletik"in qonağı olub. 

Matçın 89-cu dəqiqəsində 38 yaşlı Artis Aduriz atletik zərbə ilə hesabı açıb. Bu görüşün yeganə qolu olub. Beləliklə Katalon təmsiçisi mövsümə məğlubiyyətlə başlayıb. 1:0. 

Qeyd edək ki, “Barselona” 11 ildən sonra ilk dəfə birinci turda məğlub olub. Belə ki, La Liqa klubu 2008-ci ildə, rəqib meydanında “Numansiya”ilə oyunda (0:1) məğlubiyyətə uğramışdı.

Yenisabah.az