Baş nazir: Ərdoğanın seçilməsi üçün dua edirdim

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir: Ərdoğanın seçilməsi üçün dua edirdim

Dünya

02 İyun 2023 16:40 840


Macarıstanın baş naziri Viktor Orban Türkiyədə keçirilən son prezident seçkilərinə dair danışıb.

Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, o, radiostansiyanın efirində bildirib: "Prezident Ərdoğanın qələbəsi üçün dua etdim və bu qələbə böyük bir rahatlama oldu. Səmimi olaraq deyə bilərəm ki, o, qalib gəlməsəydi, fəlakət olardı".

Orban bildirib ki, 4 milyon qaçqının Türkiyəni tərk etməsinə məhz Ərdoğan icazə vermir, müxalifət qalib gəlsəydi, o zaman “bir neçə dəqiqədən sonra 1, 2, 3 milyon miqrant Avropaya axışacaqdı”. Dördpendirli pizza

Baş nazir müxalifətin namizədi Kamal Kılıçdaroğlunun Corc Sorosun dəstəyindən faydalandığını bildirib.

Bundan əlavə, Orbanın sözlərinə görə, Türkiyə müxalifəti qalib gəlsə, Rusiya qazının Macarıstana nəqlində problemlər yarana bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!