Baş nazir Muxtar Babayevə yeni səlahiyyətlər verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir Muxtar Babayevə yeni səlahiyyətlər verdi

Sosial

07 Aprel 2022 15:48 684


Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə 6 may 2009-cu il tarixli qərarında dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra səhmdar cəmiyyətinə sədri prezident deyil, nazir (indiki halda Muxtar Babayev) təyin edəcək. Toyuqlu pizza

Bundan başqa, kommersiya qurumu qanunvericiliklə müəyyən edilmiş qaydada nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yaradanda, yenidən təşkil edəndə və yaxud ləğv edəndə bunu İqtisadiyyat Nazirliyi ilə razılaşdırmalı olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!