Yaponiyanın baş naziri 2022-ci ilin sonunda oğlunun hökumət obyektində ziyafət verməsi ilə bağlı qalmaqaldan sonra onu baş nazirin köməkçisi vəzifəsindən azad edib.
Yenisabah.az "Bloomberg"ə istinadla xəbər verir ki, Fumio Kişida jurnalistlərə müsahibəsi zamanı deyib: “Oğlumu bu hərəkətinə görə cəzalandırmaq qərarına gəldim".
Qərar Kişidanın kabinetinə dəstəyin son vaxtlar azalması və onun oğlu Şotaro Kişidaya qarşı ciddi tənqidlərin artdığı bir vaxtda verilib. Marqarita pizza
Oğul-Kişidanın dövlət məkanında baş tutan ziyafətdə çəkilmiş şəkilləri Yaponiya mediasında dərc edilib.
Yaponiyanın baş naziri əvvəllər bu hadisəyə görə oğlunu danlamışdı, lakin “Asahi” qəzetinin keçirdiyi sorğu nəticəsində respondentlərin dörddə üçü Şotaronun davranışını pisləyib. "Nikkei" qəzetinin ayrı bir sorğusu göstərdi ki, Kişidanın dəstəyi 5 faiz azalaraq 47 faizə düşüb.
Telegram kanalımız