Baş nazir qərar imzaladı - Bu şəxslərin maaşı yanvarın 2-dək...

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir qərar imzaladı - Bu şəxslərin maaşı yanvarın 2-dək...

Sosial

18 Oktyabr 2023 18:52 721


COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. pizza hut

Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bu müddət “2023-cü il oktyabrın 2-də başa çatmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!