Baş nazir qəzetlərlə bağlı qərar verdi

saytların hazırlanması

Evə çatdırılma

Baş nazir qəzetlərlə bağlı qərar verdi

Sosial

10 Dekabr 2021 12:40 650


Nazirlər Kabinetinin “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə qərarına dəyişiklik edilib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə qərarın adına “Xalq qəzeti” sözlərindən sonra “Respublika” sözü əlavə edilib. Bundan əlavə, qərarın “Bakinski raboçi” qəzetinin illik tirajı (nüsxə ilə) 1700-dən 166-ya, qəzet kağızına illik tələbat 123 tondan 12 tona endirilib. Pepperoni pizza

Digər bir dəyişikliklə isə dövlət sifarişlərinin yerinə yetirilməsi üçün “Respublika” qəzetinin redaksiyasına illik 1534 min tirajın hər bir nüsxə 10 səhifə ilə 111 ton qəzet kağızına olan illik tələbatı dövlət büdcəsinin vəsaiti hesabına alınacaq. "Respublika” qəzeti redaksiyasına da bu qərarla müəyyən edilmiş normaya uyğun həcmdə qəzet kağızının alınması və qəzet redaksiyalarının çap və icarə haqqı xərclərinin ödənilməsi üçün hər il dövlət büdcəsində "Azərbaycan" nəşriyyatına müvafiq məbləğdə vəsait də nəzərdə tutulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!