Baş prokuror yanğından danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Baş prokuror yanğından danışdı - Video

Sosial

09 Yanvar 2024 14:17 380


Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə məlumat verib.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb: Toyuqlu pizza

"Qısa müddətdə yanğın söndürülüb, digər şöbələrə yayılmasının da qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində müalicə alan küvezdə olan uşaqlar olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!