Nigeriyanın Kebbi əyalətində 100-dən çox sərnişini olan qayığın batması nəticəsində 10 nəfərin öldüyü bildirilib.
Yenisabah.az xəbər verir ki, Kebbi Əyalətinin Yerli Rəhbərlik sədri Yahaya Bello verdiyi açıqlamada fermerləri daşıyan qayığın naməlum səbəbdən batdığını deyib.
Qayıqda 100-dən çox sərnişinin olduğunu bildirən Bello qəzada 10 nəfərin həyatını itirdiyi,10 nəfərin isə itkin düşdüyü barədə məlumat paylaşıb. Dominos pizza
Bello, qayıqda olan 80 sərnişinin xilas edildiyini və ərazidə axtarış işlərinin davam etdiyini vurğulayıb.
Telegram kanalımız