“Wagner” muzdluları Ukraynanın Baxmut qəsəbəsinin inzibati binasını ələ keçirə bilib və Rusiya hərbçiləri şəhərin mərkəzinə doğru irəliləyirlər.
Yenisabah.az xəbər verir ki, bu, Müharibə Araşdırmaları İnstitutunun yekun icmalında qeyd olunub.
Təhlilçilər şəhər administrasiyasının dağıdılmış binasının üzərində Rusiya bayrağı olan videogörüntülərin real olduğunu təsdiqləyib və “Wagner”çilərin binanı ələ keçirdiyini bildiriblər. Dördpendirli pizza
Muzdlu döyüşçülər şəhərin mərkəzinə nəzarəti ələ keçirməyə və Xromovoe istiqamətində qərbə doğru hərəkət etməyə cəhd edirlər.
Baxmutda uzun müddətdir ki, döyüşlər gedir. Şəhər ərazisinin təxminən 65%-i Rusiyanın nəzarəti altındadır.
Telegram kanalımız