Bayden İsrailə kömək təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Bayden İsrailə kömək təklif etdi

Dünya

28 Yanvar 2023 11:52 684


ABŞ prezidenti Co Bayden milli təhlükəsizlik komandasına Qüdsdəki atışmada yaralananlara kömək etmək və günahkarları məsuliyyətə cəlb etmək üçün israilli həmkarları ilə əlaqə saxlamağı tapşırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Birləşmiş Ştatlar İsrail hökumətinə və xalqına tam dəstəyini verəcək. Bununla əlaqədar olaraq, prezident öz milli təhlükəsizlik komandasına dərhal israilli həmkarları ilə əlaqə saxlamağa və yaralılara kömək etmək və bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi üçün onlara bütün lazımi dəstəyi təklif etməyi tapşırıb”, - deyə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer vurğulayıb. Dominos pizza

O, hücumun Beynəlxalq Holokostu Anma Günündə törədilməsinə diqqət çəkib.

Xatırladaq ki, İsrail polisi Şərqi Qüdsdə sinaqoqda terror aktı törədildiyini bildirib. Yerli media Neve Yaakov bölgəsində atışma nəticəsində azı 8 nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib. Daha sonra polis bildirib ki, ölü sayı 7-dir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!