Bayram oldu, heç bilmirəm neyləyim... -  Qiymətlər “ceyran belinə” qalxdı

saytların hazırlanması

Evə çatdırılma

Bayram oldu, heç bilmirəm neyləyim... - Qiymətlər “ceyran belinə” qalxdı

Sosial

07 Mart 2024 13:02 670


Paytaxtda bayram öncəsi ənənəvi olaraq “kənddən-şəhərə” yarmarkası təşkil olunub. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkada vətəndaşların kənd təsərrüfatı məhsullarına olan ehtiyacı qarşılanır. Lakin əksər alıcılar “kənddən-şəhərə” yarmarkasında təqdim olunan məhsulların qiymət cəhətdən bazarlarda satılan məhsullardan heç də fərqlənmədiyindən gileylənirlər.

Novruzun vazkeçilməz nemətləri - qoz, fəndıq, şabalıd, o cümlədən meyvə-tərəvəz bazardakı qiymətə satılır. Halbuki yarmarkanın təşkilində əsas məqsəd paytaxt sakinlərini kənd təsərrüfatı məhsulları ilə daha ucuz və sərfəli şəkildə təmin etməkdir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, yarmarkaların təşkili ideya olaraq yaxşı olsa da, pərakəndəlik effektivliyi azaldır: pizza

“Ümumiyyətlə, yarmarkalarla bağlı suallar çoxdur. İdeya olaraq yaxşı ideyadır, amma təsəvvür edin ki, Bakıdan 250-300 kilometr uzaqlıqda yaşayan bir fermer hər gün yarmarkaya mal çıxarmaq üçün külli miqdarda xərc çəkməlidir. Tutaq ki, gündəlik 50-100 kiloqram malını bazara gətirir ancaq yol, yemək və yer xərclərini nəzərə aldıqda demək olar ki, heç bir qazanc qalmır. Ona görə də bu məsələdə ciddi yanaşmaya ehtiyac var. Yarmarkalarda fermer qrupları ilə çalışmaq lazımdır. Məsələn, bir kənddə hansısa məhsulu istehsal edən 10 nəfər varsa, onların hər birinin ayrı-ayrılıqda məhsulu bazara gətirməsinin heç bir mənası yoxdur. Dövlət onlara növbəli prinsip yaradaraq yardım göstərə bilər. Eyni növ məshulu bir nəfər toplayıb bazarda satsa daha effektiv olar. Belə olduqda həm xərclər azalacaq, həm də pərakəndə çətinliklər aradan qalxacaq”. 

Ekspert ucuzluq üçün yarmarkaların sistemi təşkil olumalı olduğunu qeyd edib:

“Burada şəxslərə yox, fermer qruplarına, kəndlərə yarmarkalarda yerlərin ayrılması daha doğru olar. Hazırda adi bazarda və yarmarkada eyni məntiq höküm sürür. Çox zaman kəndlilərə sərf edir ki, öz məhsulunu şəhərlərə gətirmək yerinə öz qapılarından satsınlar. Buna görə də bazara nisbətən yarmarkalarda olmalı olan ucuzluğu biz görmürük. Əgər bu doğrudan da yaxşı və sistemli təşkil olunmuş fəaliyyət növü olsaydı kifayət qədər sərfəli olardı. Yarmarkaların təşkili özündə yaxşı ideyadır. Sadəcə, bizdə bazarla yarmarka arasında təşkilati baxımdan ciddi bir fərq yoxdur”.

Nazim Hacıyev 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!