Bekhem Messini təriflədi

saytların hazırlanması

Evə çatdırılma

Bekhem Messini təriflədi

İdman

17 Sentyabr 2026 17:48 95


"Inter Miami" klubunun həmsahibi Devid Bekhem komandanın ulduz futbolçusu Lionel Messi haqqında növbəti dəfə tərif dolu fikirlər səsləndirib.

“Yeni Sabah” xəbər verir ki, Bekhem argentinalı hücumçunun Mayamidə çıxış etməsinə hələ də inana bilmədiyini və onun oyununu canlı izləmək üçün hər gün məşqlərə qatıldığını bildirib.

Dünya futbolunun canlı əfsanəsinin yaşa baxmayaraq göstərdiyi oyunu xüsusi vurğulayan klub rəhbəri, Messinin "Qızıl top" (Ballon d'Or) mükafatına yenidən namizəd göstərilməsini tamamilə ədalətli sayır. Toyuqlu pizza

Bekhem Harri Keyn, Kilian Mbappe və Cud Bellingem kimi güclü rəqiblərin olmasına baxmayaraq, Messinin 39 yaşında belə yüksək səviyyəli və təsirli oyun nümayiş etdirən yeganə futbolçu olduğunu qeyd edib. "Inter Miami" rəhbəri fikirlərini "Söhbət Leodan gedəndə, mən onun ən böyük dəstəkçisiyəm və mükafatı o qazanmalıdır" sözləri ilə tamamlayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!