Belarus Prezidenti hökuməti buraxdı
03 İyn 2020 20:56
345

Belarus Prezidenti hökuməti buraxdı

Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti buraxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Məlumatda deyilir ki, dövlət başçısı hökumətin buraxılması haqqında əmr imzalayıb. Bundan öncə Lukaşenko keçirdiyi iclasda nazirlər kabinetinin tərkibini radikal şəkildə dəyişəcəyi ilə bağlı fikir səsləndirib.

Qeyd edək ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Lukaşenko bildirib ki, seçkilər ədalətli olacaq.

Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir.  /Oxu.az

Oxşar xəbərlər