Belarus prezidenti Aleksandr Lukaşenko xarici işlər nazirinin birinci müavini Sergey Aleyniki xarici işlər naziri təyin edib.
Yenisabah.az BELTA-ya istinadla xəbər verir ki, bundan başqa, Andrey Lukyanoviç Belarus Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandiri təyin edilib. Bundan əvvəl o, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini - Aviasiya rəisi vəzifəsini tutub.
Prezident qeyd edib ki, bir gün əvvəl onlarla yeni vəzifələrdə gələcək fəaliyyətlərinin bütün nüanslarını müzakirə edib. Pepperoni pizza
Telegram kanalımız