4 İyul - 03:31
“Bəli, Moskvada iclas olacaq“ - İrəvan təsdiqlədi

“Bəli, Moskvada iclas olacaq“ - İrəvan təsdiqlədi

Bölgə

25 May 2022 13:43 771


Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistan və Azərbaycanın delimitasiyası üzrə komissiyaların ikinci iclasının gələn həftə Moskvada keçiriləcəyinə ümid etdiyini bildirib.

Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın ofisi belə bir görüşün planlaşdırıldığını təsdiqləyib.

Ofisdən bildiriblər ki, ola bilsin ki, gələn həftə Moskvada Ermənistan, Rusiya və Azərbaycan Baş nazir müavinlərinin həmsədrliyi ilə kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupun iclası keçiriləcək.

"Delimitasiya komissiyalarının ikinci iclasının tarixi hələ müəyyən edilməyib, yer, bəli, Moskvada olacaq", - ofisdən bildiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!